Qısa məzmun
Azersun Holding şirkəti Daxili audit xidməti rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqqda məlumatlı olmaq;
- Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
- Ezamiyyələrdə iştirak etmək imkanı.
İş haqqında məlumat:
- Daxili auditorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq,
- Sığorta qrupunun audit strategiyasını və siyasətini müəyyən etmək və Direktorlar Şurasının, Təftiş Komissiyasına təqdim etmək;
- Cəmiyyətdə aparılacaq daxili auditin illik planını tərtib etmək;
- İllik plana əsasən cəmiyyətin struktur bölmələrində daxili auditin aparılmasına rəhbərlik etmək;
- Hər bir struktur bölməsi üzrə keçirilən auditin ilkin hesabat formalarını hazırlamaq və müvafiq struktur bölmələrinin rəhbərinə, həmçinin Direktorlar Şurasına və Təftiş Komissiyasına məlumat vermək;
- Xidmətin Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrinin icrasını təmin etmək, lazımi hallarda icra etmək;
- Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə cəmiyyətin müvafiq idarəetmə orqanına təkliflər vermək;
- Şirkətin siyasətlərin, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək;
- Daxili Audit Xidmətinin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatını həyata keçirmək;
İş şərtləri: Həftəiçi 5 gün. Saat 09.00-18.00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Daxili audit xidməti rəhbəri” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...