Qısa məzmun
Baku Marriott Hotel Boulevard Audio/Video Texnik vəzifəsi üzrə vakansiya elan edir
Ünvan: Azərbaycan, Bakı şəh. Xəqani Rüstəmov küç 4C
Son müraciət tarixi: 31.08.2022
Vəzifə öhdəlikləri:
- Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
- Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
- Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
- Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
- Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
- Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
- Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.);
- Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
- Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
- Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.
Namizədə olan tələblər:
- Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
- Texniki təhsil;
- Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
- Peşəkar səviyyədə AV avadanlıqlarının, fərdi kompüterlərin/noutbukların qurulması və işə salınması bacarıqları;
- Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
- Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
- Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
- Çevik iş qrafiklərində işləmək bacarığı;
- Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audio/Video Texnik” qeyd edərək CV-lərini elektron ünvanına 31 avqust 2022-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...