Qısa məzmun
VELİEV şirkəti Mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini görmək.
- İstehsalatın texniki hazırlığını təmin etmək.
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsi.
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
- Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edib və onların təmirini növbələşdirmək.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi.
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər hazırlanamaq və tətbiq etmək.
Tələblər:
- Ali texniki vəya mühəndis-texniki təhsil
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
- İşinə məsuliyyətli, intizamlı olmaq;
- Komanda ilə işləmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində “Mexanik” qeyd edərək hr@veliev.az elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.