Qısa məzmun
Araz Supermarket Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil müvafiq sahədə;
- Bu sahədə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook), Logo-Tiger, Power BI;
- Dil bilikləri: Azərbaycan dili- əla, İngilis dili yaxşı səviyyədə;
- Analitik düşüncə, müştəriyönümlülük,təqdimetmə bacarıqlarına malik olmaq.
Vəzifə öhdəlikləri:
- Bonus Kart sxemi üzrə şirkətin müştərilərlə əlaqələrini idarə etmək;
- Gündəlik olaraq satış nəticələrini nəzərdən keçirmək, təhlil etmək;
- Araz mobil tətbiqetməni idarə etmək və tətbiqetmə vasitəsilə şirkətin loyal müştəri balansını artırmaq;
- Müştəri əlaqələrinin idarə edilməsi layihələrini idarə etmək və ölkə bazarını araşdıraraq, şirkətin müştəri platformasını yüksəltmək;
- Müştəri və satış məlumatlarını təhlil etmək, müştəri əlaqələrinin idarə olunması üzrə hesabatları hazırlamaq (həftəlik və aylıq müştəri məmnuniyyəti göstəriciləri hesabatı, bonus kartı hesabatı);
- Şirkətinə daxil olan müştəri şikayətlərini biznes üçün dəyərli müştəri anlama (insight) mənbəyi olacaq dərəcədə təkmilləşdirmək;
- Bonus Kart üzvlüyü, kartın istifadəsini və bununla da sadiq müştərilərin sayını artırmaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Müştəri Əlaqələrinin İdarə Edilməsi Şöbə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...