Qısa məzmun
Ə/h 800-1000 AZN. ENEMAY Financial Consulting and Career Center Vergi və mühasibatlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, electron şəxsi vərəqənin gündəlik nəzarət;
- Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Təqdim edilmiş sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılması;
- Balans hesablarının idarə edilməsi, mühasibat baş kitabının aparılması;
- Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması;
- Debitor və kreditorların uçotunun təşkili.
Tələblərimiz:
- Ali təhsil (iqtisadiyyat, mühasibat uçotu, audit və ya maliyyə üzrə)
- Uyğun sahə üzrə 3 il təcrübə;
- Azərbaycan və rus dili sərbəst, ingilis dili biliyi yaxşı səviyyədə;
- Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3
- e-gov.az, e-taxes.gov.az-BTP–dən işləmə bacarığı.
İş şəraiti
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş həftəsi;
- İş saatları: 09.00 – 18.00;
- Əmək haqqı 800 – 1000 AZN namizədlərlə müsahibə zamanı təcrübəyə əsasən müəyyənləşdiriləcəkdir.
Uyğun namizədləri bizimlə çalışmağa dəvət edirik. CV-lərinzi hr@enemay.com e-mail ünvanına Mövzu hissəsinə “Vergi və mühasibatlıq üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...