Qısa məzmun
PASHA Bank Məlumat Təhlükəsizliyi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Giriş icazələrinin idarəsi üzrə və giriş nəzarət mexanizmlərinə əsasən fiziki identifikasiya və giriş nəzarətinin təmin edilməsi;
- Proqram və avadanlıq üzrə inventar nəzarətinin təmin edilməsi;
- Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Bütün biznes proses, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
- İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
- Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 2 il
- Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
- Xarici dillər: İngilis
- Kompüter bilikləri: MS Office Excel
- Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 23.08.2022-ci il tarixinədək başlıqda “Məlumat Təhlükəsizliyi üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer)
ATB Bank Rəqəmsal Transformasiya Mərkəzində Aparıcı mühəndis-proqramçı (PL/SQL Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...