Qısa məzmun
BERC Academy şirkəti qeydiyyatçı menecer vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Daxil olan zənglərə cavab verilməsi və təşkilati prosedurlara uyğun olaraq müraciət edənlərin sualarının cavablandırılması.
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət.
- Akademiya və xidmətlər haqqında müştərilərə dəqiq və dolğun məlumatların verilməsi.
- Müəssisənin siyasət və prosedurları barədə məlumat, xidmətlər və yeniliklər barədə daimi məlumatlı olmaq.
- Təlimlərə müraciət edən şəxslərin qeydiyyatını aparmaq və müqavilələrin bağlanmasını təmin etmək.
- Valideyn və müəllimlərin imtahan nəticələri haqqında məlumatlandırılması.
- Tədris işinin təşkilinə köməklik göstərilməsi.
- Valideyinləri müəllimlər və rəhbərliklə əlaqələndirmək.
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi.
- Dəvamiyyətin təqibi, dərsdə iştirakın təqibi, valideyinlərə zənglərin edilməsi.
- Aylıq ödənişlərin qəbulu və müvafiq şöbəyə təhvil verilməsi.
Vəzifəyə dair bilik və bacarıqlar
- Azərbaycan dili səlis, rus dili danışıq səviyyəsində.
- Telekommunikasiya və ofis avadanlığından düzgün istifadə qaydaları.
- Yüksək səviyyədə nitq qabiliyyəti və təqdimat bacarığı.
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
- Bu sahə ilə bağlı minimum 1 il iş təcrübəsi tələb olunur. Təhsil və ya təlim şirkətlərində təcrübə üstünlükdür.
- Səmimi, gülərüz, ünsüyyətcil olmalıdır.
- Problemləri həll etmək bacarığı.
- Dinləmə və informasiyanı şərh etmək bacarığı.
- Vaxtın idarə edilməsi bacarığı.
- Ofis proqramlarını bilməlidir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
BERC Academy sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Rəqabət qabiliyyətli əmək haqqı.
- Korporativ nömrə və danışıq paketi.
- Təlim və kurslardan endirimli yararlanmaq imkanı.
- Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 21.08.2022-ci il tarixinədək hr@bercacademy.az elektron ünvanına mövzu yerinə “qeydiyyatçı menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
- Veb sayt : www.bercacademy.az
- Ünvan: Bakı şəh, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə,44C
- Əlaqə nömrəsi: +994 12 310 50 45, +994 10 310 50 45
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...