Texnoloq (kolbasa məhsulu üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Lavanda Group Texnoloq (kolbasa məhsulu üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

  • İş yeri: Ağdaş rayonu, Yeniarx kəndi
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: razılaşma yolu ilə

Vəzifə öhdəlikləri:

  • Ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanması, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işlənib hazırlanması;
  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edilməsi;
  • Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edilməsi;
  • Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak etmək;
  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edilməsi;
  • Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak etmək, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlamaq;
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak etmək.

Təhsil/Təcrübə:

  • Ali-texniki təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.

Maraqlananlar +994502551666 nömrəsi ilə əlaqə saxlaya bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...