Qısa məzmun
PMD Projects LLC Sahə Memarı vəzifəsi üzrə vakansiya elan edir.
Hal-hazırda şirkətimizin Ağdamda yerləşən layihəsində Sahə Memar vakansiyası üzrə iş imkanı mövcuddur:
Vəzifə öhdəlikləri:
- Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək
- Materiallar haqqında müvafiq araşdırmaları etmək
- Tamamlama və bəzək işlərində işlərin icra edilməsi qaydalarında töhvə vermək
- Yerində ölçü alımlarında və metraj hazırlanmasında töhvə vermək
- İşlərin icrası üsulu haqqında fikir bildirmək və detal (düyüm) hazırlaya bilmək
- İşin məzmununu qorumaq (Scope of works)
- Diğər disiplinlər arasında (Mexanika, elektrik, konstruktor və.s) dizayn işlərini koordinasiya etmək
- İşin icrasının dizayn üzrə irəliləməsini koordinasiya etmək
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi : Mülki tikinti sahəsində sahə memarı kimi ən az 5 il sahə təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili– yaxşı
- Kompüter bacarıqları: MS Office, AutoCAD
- Materiallar haqqında bilik
- Alternativ yöntəmlər yaratmaq qabiliyyəti
- Memari işçi layihə, detallar və düyümlərin həllərində bacarıq
- Sahələrdə yerində həll qabiliyyəti və bacarığı
- İş həcmlərinin hesablanmasını bilmək
- İş paketlərinin məzmunları haqqında məlumatlı olmaq
- Podratçıların fəaliyyətini idarə edə bilmək
- Ofisdəki texniki komanda ilə sahə komandası arasında koordinasiyanı edə bilmək
Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə email ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.