Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
  • Texniki dəstək mərkəzinə telefon vasitəsilə daxil olan sorğuların qeydiyyatının aparılması;
  • Əməkdaşlara verilən bütün İT avadanlıqların qeydiyyatının aparılması;
  • Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan sorğuların icrası;
  • “Service Desk” vasitəsi ilə qeydiyyata alınan, lakin son istifadəçi dəstək qrupuna aid olmayan sorğuların dərhal “Help Desk” qrupuna yönləndirilməsi;
  • Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə köməklik edilməsi;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl edilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib aradan qaldırılması;
  • Bankın daxili proses, siyasət və təlimatlarına, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan qaydalara ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət;
  • Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 ilədək
  • Xarici dil: İngilis dili və Rus
  • Kompüter bilikləri: Microsoft OS və Office
  • Məhsul biliyi: Texniki dəstək sistemi
  • Bazar biliyi: İnzibati və texniki dəstək üzrə təcrübə
  • Digər: Komandada iş və yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

22.08.2025 - Lənkəran

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı