Qısa məzmun
JTI Əsas müştərilər üzrə merçendayzer vəzifəsi üzrə vakansiya elan edir.
Bakı şəhərində ştatdan kənar Əsas müştərilər üzrə merçendayzer vəzifə açıq elan edilir.
Maraqlanan namizədlər 29 İyul 2022-ci il tarixinədək vəzifəyə müraciət etməlidirlər.
Vəzifə:
Ticarət standartının dəstəklənməsi və təkmilləşdirilməsi, pərakəndə satış yerlərində mal ehtiyatlarının izlənməsi.
Əsas tələblər:
- Universitet təhsili;
- Satış sistemində 1 illik iş təcrübəsi (Gündəlik Kütləvi Tələbat Malları sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Word, Excel və Power Point kimi kompüter proqramları üzrə baza bilikləri;
- Azərbaycan və rus dillərini sərbəst bilmək. Orta səviyyədə ingilis dili biliklərinə malik olan şəxslərə üstünlük veriləcək;
- Şəxsi avtomobilinizin olması;
- Etibarlı sürücülük vəsiqəsi və ən azı 3 il sürücülük stajı;
- Mükəmməl şəkildə təmas yaratmaq, danışıqlar aparmaq, təqdimatlar keçirmək,əlaqələr qurmaq;
- Peşəkar təşkilati bacarıqlara malik olmaq, yeni bacarıqlar öyrənmək və onları tətbiq etmək həvəsində olmaq;
- Vaxt darlığı şəraitində səmərəli fəaliyyət göstərmək bacarığı;
- Təşəbbüskar, sürətlə öyrənən, açıq təfəkkürlü və müsbət enerjili şəxs olmaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin brendlərini və layihələrinin təqdimatını keçirmək və şirkətin məhsulları haqqında yeni məlumatları təqdim etmək;
- Ticarət nöqtələrinin marşrutlarını işlənib hazırlanmasında iştirak etmək və müəyyən edilmiş ərazilərin effektiv təchizatını təmin etmək;
- Hər bir əsas müştəri ilə əməkdaşlıq şərtlərini bilmək (avadanlıqların yerləşdirilməsi, planoqramlar, çeşidlər, stoklarla işləmə qaydaları və s.);
- Hər bir JTI avadanlıqlarının Əsas Müştəri ilə müqavilələrə uyğun olaraq yerləşdirilməsinə nəzarət etmək;
- Əsas Müştəridə JTI avadanlığının təmiz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Supervayzerlə, Distribyusiya üzrə İçraci ilə və ya texnik ilə Əsas Müştərlərin satış nöqtələrində yaranan bütün sualları vaxtında həll etmək;
- Əsas Müştərlərin ticarət nöqtələrində JTI brendlərinin qalıqlarına nəzarət etmək, zərurət yarandıqda ehtiyatları artırmaq üçün tədbirlər görmək;
- Əsas Müştərlərin ticarət nöqtələrində planoqramlara və qiymət etiketlərinə nəzarət etmək;
- Mal zərurəti olduqda Əsas Müştəri üzrə İçraci razılıqı əsasında lazımi tədbirlər görmək;
- JTI çap məhsullarının yerləşdirilməsi və vaxtında dəyişdirilməsini təmin etmək;
- Rəqiblərin ticarət nöqtələrində bütün fəaliyyətlərini izləmək və Supervayzerə və Əsas Müştəri üzrə İçraci bu barədə xəbər vermək.
Oxşar vakansiya siyahısı:
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
Life Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
İceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...