Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Data analitik vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil (kompüter elmləri, kompüter mühəndisliyi və riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
- İş təcrübəsi 2 ildən artıq;
- Power Bİ işləmə bacarığı;
- Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklər;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Nəticə yönümlülük, komandada işləmək bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikat üstünlükdür.
Vəzifə və öhdəliklər:
- Tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Analitik modelləri inkişaf etdirmək və yeni həll yolları təklif etmək;
- Müvafiq məhsullar üzrə data analitikasının aparılması ilə beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
- Sorğuların analizi və problemlər üzrə həll olunan məlumat bazalarını hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
- Məlumat bazalarının işinin təşkili, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
- Məlumatları vizuallaşdırmaq və vizual dizayn seçimlərini müəyyənləşdirmək;
- Tətbiq olunmuş modelləri izləmək və optimallaşdırmaq;
- Statistik üsullardan istifadə edərək məlumatları təhlil etmək və hesabatlar hazırlamaq.
Əlavə:
- İş rejimi: 6 gün, 1 gün istirahət
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Data analitik” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...