Kredit üzrə arxa ofis mütəxəssisi (Azneft filialı)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank Respublika ASC Kredit üzrə arxa ofis mütəxəssisi (Azneft filialı) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
  • Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
  • Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
  • Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
  • Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dili əla (yazılı və şifahi);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Azneft filialı) qeyd etməklə 21 iyul 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı