Qısa məzmun
AzerGold CJSC Daxili nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Daxili nəzarət alətlərini tətbiq etməklə Cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə edən funksiya və proseslər üzrə nəzarət tədbirlərini apararaq nəticələri haqqında hesabatların hazırlanması;
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə, operativ məlumatların təqdim edilməsinə, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət etmək və nəticələri dair hesabatın hazırlanması;
- Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasınına; bank hesabları üzrə edilmiş ödənişlərə; müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsinə nəzarət edmək;
- Cəmiyyətin tərtib edilmiş mаliyyə hеsаbаtının və fəаliyyətinin mаliyyə göstəricilərinin аnаliz edilməsi;
- Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim edilməsinə nəzarət etmək; Vergi orqanlarına təqdim edilmiş hesabatların yoxlanılması və nəticələri dair hesabatın hazırlanması;
- Daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmaların aparılması, o cümlədən rikslərin aşkar edilməsi prosesində iştirak etmək, bu istiqamətdə hesabatların, digər sənədlərin və təkliflərin hazırlanmasında iştirak etmək, şöbədaxili arxivləşdirməni aparmaq;
- Daxili nəzarət alətlərini tətbiq etməklə müvafiq məlumatları analiz etmək və nəticələri dair hesabatın hazırlanması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və hesabat yazma səriştəsi.
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır).
- Kompüter bilikləri: Microsoft Office və 1C 8.3 proqramı
- Sertifikatlara dair tələblər: Müxtəlif peşə (İFRS, CIA, ACCA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, Maliyyə yönümlü ixtisaslar üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Müraciət üçün linkə daxil olun: https://careers.azergold.az/vakansiya/mutexessis-daxili-nezaret-sobesi-yoxlama-ve-arasdirma-sektoru
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...