Qısa məzmun
Climaservice Baku MMC Layihə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları:
- Xidmət və servis üçün daxil olan sifarişləri təhlil edərək müştərilərə təkliflərin hazırlanmasını təmin etmək;
- Plan- smeta sənədlərin Texniki direktor və mühəndis heyəti ilə birgə hazırlamaq;
- Servis və təmir işlərinin təsdiqini nəzarətda saxlamaq;
- Satın alma üçün edilən müraciətləri təhlil etmək, qismən satınalma tədarükçülərin qiymətləndirilməsi işini həyata keçirmək;
- Seçilmiş tədarkçülərlə müqavilələr bağlamaq;
- Tələb olunan texniki material hesabatların hazırlanmasını təmin etmək;
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının ( miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısınıa almaq;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi və rəhbərliyə təkliflər vermək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim etmək;
Namizədə olan tələblər:
- Yalnız xanım namizədlər;
- Yaş tələbi 22-35;
- Ali təhsil (mühəndislik sahəsi)- mütləqdir;
- MS Office ( əsasən excel) – mütləqdir;
- Azərbaycan və rus dilində sərbəst ünsiyyət bacarığı;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı, sərbəst nitq qabiliyyəti;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.
- İş təcrübəsi tələb olunmur.
İş şəraiti:
- 6 günlük iş həftəsi, şənbə günü qısa gün.
- Əmək haqqı: Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə. Əmək haqqı müsahibə əsasında 300-600 AZN aralığında olmaqla təyin olunur;
CV-ləri vakansiya adını göstərməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əcnəbi dildə göndərilən CV qəbul edilməyəcək.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...