Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Saffron Restaurants Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus dillərini bilmək şərtdir (İngilis dili biliyi əlavə üstünlükdür)

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirmək, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təmin etmək.
  • Mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək.
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin, əsas vəsaitlərin uçotunu, xərclərin və məhsul satışının mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
  • Məhsul, iş və xidmətlərin maya dəyərinin hesablanmasını,əmək haqqının ödənilməsini, dövlət büdcəsinə məcburi köçürmələri, dövlət sosial sığorta fonduna ayırmaları həyata keçirmək və müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək,
  • Vergi, DSMF, Statistika hesabatlarını tərtib və təqdim etmək,
  • Maliyyə/mühasibat komandasına rəhbərlik etmək, bütün sənəd dövriyyəsinin prosedurlara uyğun olaraq qaydasında olmasını təmin etmək

Tələblər:

  • İdarəetmə uçotunu və Vergi məcəlləsini bilmək (Mülki və Əmək məcəlləsi haqda biliklər üstünlükdür)
  • ACCA və IFRS üzrə bilikləri güclü olan namizədlər üstünlüyə malik olacaq
  • 1 C, R-Keeper, Store House üzrə bilik və təcrübələrin olması arzu olunandır.
  • Azərbaycan və Rus dillərini bilmək şərtdir (İngilis dili biliyi əlavə üstünlükdür)
  • Maliyyə/Mühasibat ixtisasları üzrə minimum 5 il təcrübə (3 ili böyük mühasib, baş mühasib vəya maliyyə meneceri vəzifəsi olmaqla)

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@saffron.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə