Kargüzar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Finivo Project Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.

İşin təsviri:

  • Şirkətin “info” emailinə nəzarət etmək, daxil olan vacib emaillər barədə aidiyyatı rəhbərləri və əməkdaşları məlumatlandırmaq;
  • Rəhbərlik və digər əməkdaşlar tərəfindən işlə bağlı tələb olunan sənədlərin çap, scan olunmasını, həmçinin, nüsxəsinin çıxarılmasını yerinə yetirmək;
  • Şirkətin hazırda icrası davam edən və keçmişdə icrası bitmiş layihələrlə bağlı bütün sənədləri (elektron və kağız) bir mərkəzdə toplamaq, layihələr üzrə və mahiyyəti üzrə çeşidləmək, hər birinin özünə aid olan qovluqda saxlanılmasını təşkil etmək;
  • Bütün sənədlərin həm elektron, həm də kağız nüsxəsinin saxlanmasını təmin etmək;
  • Sənədlərin elektron nüsxələrinin vaxtaşırı təyin edilmiş elektron bazada arxivləşdirilməsini həyata keçirmək;
  • Sənədlərin ümumi jurnalda və paralel olaraq elektron siyahıda qeydiyyatını aparmaq, ardıcıllıqla nömrələmək;
  • Rəhbərlik tərəfindən tapşırılmış və izlənməsi kargüzara həvalə olunmuş işlərin vaxtında icrasını əməkdaşlara xatırlatmaq;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların əməkdaşlara ötürülməsini şifahi olmaqla paralel yazılı formada da icra etmək;
  • Ümumi işlə bağlı rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şərtləri:

  • Əmək haqqı: 400 AZN;
  • İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan – 18:00-dək; Şənbə: 09:00-dan – 13:00-dək;
  • İstirahət günləri: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.
  • İş saatları: 09:00-18:00;

Namizədə dair tələblər:

  • Ali təhsilli olmaq;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • Stressə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq;
  • Ofis işlərində minimum 1-2 il iş təcrübəsinə malik olmaq;

Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Kargüzar” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...