Qısa məzmun
Turban Moda Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı namizəddən asılı olaraq 500-1,000 AZN
Vəzifəyə olan tələblər:
- 1C Əməliyyat sistemində günlük əməliyyatların işlənilməsi;
- Qaimələrin tərtib edilməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların yazılması;
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
- Vergi qanunvericiliyinə uyğun olaraq sənədləşmənin aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilər və digər dövlət qurumları ilə bağlı bütün məsələlərlə əlaqədar olaraq yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.
Namizədə olan tələblər:
- Cins: Bəy/Xanım;
- Dil biliyi: Azərbaycan dili. Rus dili və İngilis dilləri əlavə üstünlükdür;
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu əlavə üstünlükdür;
- Müvafiq sahədə 2 il və daha çox aktiv təcrübəsinin olması;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- 1C əməliyyat sistemində sərbəst işləmə bacarığı;
- Ofis proqramlarını (Word, Excel) bilmək;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...