Qısa məzmun
Seltan Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsilli olmalı (Maliyyə, İqdisadiyyat, Tibb üzrə):
- Bu sahə üzrə 2-3 illik təcrübə:
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən;
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Azərbaycan dili (Rus dili və İngilis dili arzu olunandır)
- Tibb üzrə biliklər
Vəzifə təlimatları:
- Müəssisənin mallara olan təlabatının müəyyənləşməsində iştirak etmək;
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması;
- Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00.
- Korporativ nömrə,
- Əmək haqqı razılaşma ilə.
Tələblərə uyğun şəxslər CV-lərini mövzu hissəsinə “Satınalma mütəxsəssisi” yazaraq (mail) ünvanına göndərə və ya 055-210-49-49 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...