Qısa məzmun
Makro Tax Solutions Vergi mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin və müştəri şirkətlərin müəssisəyə dair vergi və rəsmi hesabatlılıq tapşırıqlarını icra edilməsi.
- Müştəri şirkətlərin elektron qaimələrinin göndərilməsi, internet bankinqlə bağlı bütün əməliyyatların (hesab açılması, kart sifarişi, ödəənişlərin həyata keçirilməsi, əmək haqqı köçürməsi və s.) icra edilməsi.
- Şirkətlər üçün kassa və POS-terminal sifariş edilməsi, təsərrüfat obyektlərinin uçota qoyulması.
- Şirkətlərin vergi, statistika və DSMF hesabatlarının aidiyyatlı dövlət orqanlarına vaxtında təqdim edilməsi.
- Gələn uyğunsuzluq məktublarının qanunvericiliyə uyğun cavablandırılması, Vergi Orqanı ilə rəsmi yazışmaların aparılması.
- Maliyyə hesabatlarının hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi.
- Şirkətlərin göndərilən və gələn elektron qaimələrinin, alış aktlarının, Bank əməliyyatlarının, ƏDV depozit hesabının, Yük-gömrük bəyannamələrinin təqib edilməsi.
Tələblər:
- Ali təhsilli;
- Azərbaycan dilində mükəmməl bilməli;
- Azərbaycan Respublikasının Verqi Məcəlləsini və Əmək məcəlləsinin əsas müddəalarını bilməli;
- Vergi, MDSS statistika və digər rəsmi hesabatları sərbəst şəkildə hazırlamalı;
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
- BTP proqramında işləmək bacarağı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və stressə davamlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Analitik təhlil bacarığı.
- Vergi və rəsmi hesabatlılıq sahəsində azı 1 il iş stajının olması.(Konsaltinq şirkətlərində işləyənlərə üstünlük verilir)
- Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Yaş həddi 22-30
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Vergi mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...