Qısa məzmun
Bioloji Təbabət Klinikası Marketinq Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, 3-cü mkr., Pişəvari 110
Vəzifə öhdəlikləri:
- Bioloji Təbabət Klinikalar şəbəkəsinin Marketinq Strategiyasınıın yaradılması və İdarəedilməsi;
- Bazar analizinin təhlili, rəqabət üstünlüyün təmin olunması üçün lazımi addımların icrası;
- Marketinq komandasının düzgün idarə edilməsi, motivasiyasının yüksək saxlanılması və komandanın hədəflərinə çatmasında lazımı dəstəyin göstərilməsi;
- Klinikalar şəbəkəsinin müalicə metodunun həm Azərbaycan, həm də Azərbaycandan kənar tanıtımı və kommunikasiya kanallarının inkişaf etdirilməsi;
- Tibbi Turizm xidmətinin strategiyasının yaradılması və idarəedilməsi;
Tələblər:
- Marketinq sahəsi üzrə nəzəri və praktiki bilgilər, rebranding, restyle etmə bacarığı;
- Azərbaycan və Rus dilləri mükəmməl (İngilis dili üstünlükdür);
- MS Office, analiz etmə bacarığı və hesabatlılıq;
İş təcrübəsi:
- Ümumi Marketinq təcrübəsi 5 il (azı 2 il rəhbər təcrübəsi);
- Təhsil: Ali (Biznesin İdaredilməsi, Marketinq);
Əmək haqqı: Bazar rəqabətlidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Təminatlarımız; Danışıq limiti, Əmək qanunverciliyi əsasında işə qəbul prosesi.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Marketinq Direktoru” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 10.07.2022.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...