Qısa məzmun
Quba Palace Hotel İnsan Resursları şöbəsinin müdir müavini vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi
- AR Əmək qanunvericiliyi bilikləri
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi
- Vəzifə təlimatlarının hazırlanması
- Optimal işçi sayının hesablanması
- Təşkilati strukturun hazırlanması
- İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi
- Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması
- Əməyin dərəcələndirilməsi
- Kadr kargüzarlığı sistemlərinin qurulması
- Vakansiya tələbinin müəyyən edilməsi
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət
- Aylıq hesabatların hazırlanması və təqdimatı
Namizədə tələblər:
- Ali təhsil
- İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 1 il iş təcrübəsi
- İR prosedurları, təlim inkişafla bağlı biliklər
- İşə qəbul sahəsində iş təcrübəsi
- Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
- Microsoft Office (Outlook, MS Excel, Word)
- Məsuliiyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı
- Stresse davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş İnsan Resursları MütəxəssisiBrand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
İnsan Resursları üzrə mütəxəssis
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...