Anbardar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Excellent Trade Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək
  • Daxil olan malların müqavilə üzrə düzgünlüyünü yoxlamaq
  • Rəhbərlik tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək
  • Anbarda avadanlıqların və inventarın vaxtlı təmirinə koordinasiya etmək
  • Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin yaradılması və həyata keçirilməsi
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək
  • Problemli malların qeydiyyatını aparmaq və tez bir zamanda təmir edilərək yerinə qoyulmasını təmin etmək və qeydiyyatını aparmaq
  • Anbara giriş və çıxış olan mallara ciddi nəzarət etmək.
  • Expeditorlara verilən malların müqavilələr üzrə çıxarılmasını birlikdə təmin etmək
  • Sənədlərin scan olunması və elektron papkalarda adlandırılaraq saxlanılması
  • Rəhbərliyin verdiyi digər tapşırıqlar

Bacarıqlar:

  • İdarəetmə bacarığının olması
  • Məsuliyyətli olmaq
  • Təşəbbüskarlıq
  • Öyrənməyə meyllilik
  • Problemin tez həllinə çalışmaq
  • Korporativ işə yanaşma
  • Komandada işləmə bacarığı

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür)
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2-3 il
  • Kompyuterdə sərbəst işləmək (word, excel, mail yazışması)
  • Şəxsi avtomobilinin olması

İş şəraiti:

  • Əmək müqaviləsi (Qanunvericiliyin tələbinə uyğun)
  • İş qrafiki: 5 gün
  • İş yeri: Lökbatan (Meyvəli yolu) + Ofis
  • Əmək haqqı: 600-800 AZN
  • Mobil nömrə + Benzin

Qeyd: Xahiş olunur müvafiq vakansiyanın adını başlıq olaraq qeyd edəsiniz.

Oxşar vakansiya siyahısı:

2200₼
Böyük Satınalma Mütəxəssisi (dövlət)

BERC Group Böyük Satınalma Mütəxəssisi (dövlət) vəzifəsi üzrə vakansiya elan edir. ...

BERC Group

02.10.2025 - Bakı

800₼
Anbardar

“Aznet Technologies” MMC-yə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

02.10.2025 - Bakı