Qısa məzmun
PASHA Bank Əməliyyat Riskləri və İnsidentlərin İdarəedilməsi üzrə Mütəxəssis / Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Bankın yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi;
- Potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
- Ssenarilərin təhlil edilməsi və stress testlərin icrası;
- Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlərlə üzləşdirilməsi;
- Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək göstərilməsi;
- Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
- İnsident və risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
- İnsidentlər üzrə müvafiq hesabatların hazırlanması.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, Statistika, Analitika, Risklərin İdarəedilməsi, İnformasiya Texnologiyaları və ya digər müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: Minimum 3-5 il
- Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bankın təlimatları ilə işləmə təcrübəsi, Proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi
- Xarici dil: İngilis və Rus
- Kompüter Bacarıqları: Microsoft Office
- Digər:
- Güclü analitik və problem həll etmə bacarıqları
- Risk qiymətləndirmə bacarıqları
- Qərar qəbul etmə, hesabat hazırlama bacarığı
- İnnovativ düşünmə, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.07.2022-ci il tarixinədək başlıqda “Əməliyyat Riskləri və İnsidentlərin İdarəedilməsi üzrə Mütəxəssis / Baş mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...