Qısa məzmun
PAŞA Sığorta” ASC Təkrarsığorta üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Daxil olan sorğuları və təklifləri diqqətlə analiz etmək və birbaşa müdirin rəhbərliyi ilə müvafiq risklərin təkrarsığortası üzərində işə dəstək göstərmək;
- Debitor və kreditorların araşdırılması və onların ödənilməsi ilə bağlı bütün kompleks işlərdə iştirak etmək;
- Birbaşa müdirin göstərişinə əsasən şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və onların təkrarsığortalanması üçün təkrarsığortaçılar ilə danışıqlar aparmaq;
- Qəbul olunan təkrarsığorta həcmlərinin genişləndirilməsi və təkrarsığorta sliplərinin yenilənməsi məqsədilə təkrarsığorta şirkətləri ilə kommunikasiya qurmaq;
- Müvafiq təqdimatların hazırlanmasında birbaşa müdirə və digər təkrarsığorta şöbəsinin əməkdaşlarına köməklik göstərmək;
- Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək.
Bilik və bacarıqlar:
- Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq;
- Dil bilikləri: yaxşı səviyyədə (B2/C1,C2) Azərbaycan, İngilis və Rus dilləri;
- Kompüter bilikləri: Microsoft Office proqramından istifadə etmək bacarığı;
Təcrübə:
- Sığorta sahəsində təcrübə arzuolunandır.
Bacarıqlar:
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Bazar üzrə araşdırma və təhlil apara bilmək;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Danışıq və təqdimat bacarığı.
Son müraciət tarixi: 10 iyul 2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...