Qısa məzmun
Baku Electronics E-Commerce departamentinin Online satış üzrə koordinator (Bakı, Sumqayıt) vəzifəsi üzrə vakansiya elan edir.
“Baku Electronics” namizədləri E-Commerce departamentinin Online satış üzrə koordinator (Bakı, Sumqayıt) vəzifəsinə müraciət etməyə və peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Onlayn alış üçün müraciət etmiş və sifariş olunmuş məhsulun təhvili üçün mağazaya yaxınlaşan müştərilərə məhsulun xüsusiyyətləri, onun ödəniş şərtləri və zəmanət qaydaları haqqında ümumi məlumat verilməsi;
- Nəzərdə tutulan ödəniş şərtlərinə müvafiq olaraq müştərilərin xəzinə və ya kredit şöbəsinə yönləndirilməsi;
- Ünvana çatdırılma zamanı sifariş olunmuş məhsulun çatdırılma üzrə təmsilçilər tərəfindən müəyyən olunmuş zamanda və məkana çatdırılmasına nəzarətin həyata keçirilməsi;
- Təlimatlara uyğun olaraq müvafiq sifariş qəbulu və yekun mərhələdə təhvil-təslim prossesinin sənədləşdirilməsi;
- Geri qaytarılma və dəyişdirilmə ilə bağlı müraciətlərin qəbul edilməsi və müvafiq sənədləşmənin təmin edilməsi;
Xüsusi tələblər:
- Yaş: 22-30
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı;
- İşgüzar xarakter, yüksək ünsiyyət qabiliyyətinə sahib olmaq;
- Məsuliyyətlilik, işdə dəqiqlik, operativlik;
- Problemləri effektiv şəkildə həll etmək;
- Sürücülük vəsiqəsinə sahib olmaq üstünlükdür
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Online satış üzrə koordinator (Bakı, Sumqayıt)” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...