Qısa məzmun
Qalaaltı Hotel Company Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ACCA sertifikatın olmasına üstünlük veriləcəkdir.
Struktur: Maliyyə şöbəsi
Tabeçilik: Maliyyə meneceri
Ünvan: Şabran şəhəri, Qalaalti Hotel & Spa
Tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (Maliyyə – İqtisadiyyat üzrə);
- Sahə üzrə min. 3 il iş təcrübəsi;
- Microsoft Office, 1C və İSCALA proqramlarında işləmək bacarığı;
- Vergi Məcəlləsini bilməli;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
- ACCA sertifikatın olmasına üstünlük veriləcək;
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
- Onlayn kargüzarlıq və e- qaimə üçün portaldan istifadə etmə bacarığı;
- BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı ştat cədvəlinə uyğun;
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- PMD Hospitality MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
- Gündəlik 3 dəfə qidalanma;
- Həftədə 2 dəfə Bakı şəhərinə gediş-gəliş üçün servis;
- Qalmaq üçün yer.
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarixi: 30.06.2022-ci il.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...