Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan beynəlxalq Bankı Kredit inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarında sərbəst işləmək bacarığı olmalıdır.
“ABB” ASC Bakı şəhərində yerləşən filiallarına kredit inzibatçısı vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
- Kredit sənədlərinin tamlığına cavabdehlik;
- Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması;
- Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak;
- Kredit inzibatçılığı üzrə digər nəzarət işləri;
Tələb olunan səriştələr:
- Komandada işləmək bacarığı;
- Detallara diqqət;
- Analitik təhlil;
- Vaxtı idarə etmək qabiliyyəti;
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Bank sahəsində 1 il iş təcrübəsi;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;.
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Adekvat əmək haqqı.
“Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 10 Mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit inzibatçısı (Bakı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...