Qısa məzmun
W&E Forward International Transport Servis bölümünün Servis bölümünün Mühasib-xəzinədarı vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İlkin mühasibatlıq və xəzinə sənədlərinin hazırlanması;
- Nağd pul vəsaitinin hərəkinin planlaşdırılması və icra edilməsi;
- Bank və kassa sənədlərinin müvafiq proqrama daxil edilməsi və təsdiqedici sənədlərin hazırlanması;
- Daxil olan pul vəsaitlərinin qanunverciliyin tələbinə uyğun vaxtında mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
- Avans hesabatının hazırlanması və nağd pul vəsaitinin təhtəlhesab şəxsə verilməsi;
- E-qaimənin tərtib edilməsi;
- Kassa mədaxil, kassa məxaric orderlərinin və qəbzlərinin doldurulması;
- Mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
- Kassa kitabına qeydlərin aparılması;
- Nəzarət kassa aparatı və POS terminal ilə əməliyyatların aparılması;
- Mühasibat və xəzinə sənədlərinin saxlanılması və qorunması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabatın verilməsi.
Namizəd üçün tələblər:
- Ali və ya orta-ixtisas təhsilli (mühasibat uçotu, maliyyə və iqtisadiyyat üzrə );
- 1 il iş təcrübəsi (mühasib, xəzinədar işi üzrə);
- Nağd pul vəsaiti ilə işləmək bacarığı;
- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
- MS Ofis proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM – nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 6 günü;
- İş saatı: Həftənin 5(beş) günü 10:00-dan 19:00-dək; şənbə günü 10:00-dan 15:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
- Ünvan: Sumqayıt şəhəri,Sumqayıt şossesi.
- Əmək haqqı: razılaşma yolu ilə.
- Son müraciət tarixi: 08.07.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “mühasib-xəzinədar” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...