Qısa məzmun
Hajigabul Poultry Farm Company Baytar-həkim (Hacıqabul – Şirvan) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil və iş təcrübəsi
- Baytarlıq sahəsi üzrə sertifikatların olması arzuolunandır
Vəzifə öhdəlikləri:
- Quşçuluq təsərrüfatında toyuq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi
- Quşçuluq təsərrüfatında toyuqlar arasında baş verən xəstəliklərin patologiyasının öyrənilməsi
- Quşçuluq təsərrüfatında toyuqların sağlamlaşdırılması yollarının araşdırılması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi
- Genetik müayinələrin və müalicələrin aparılması
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Hacıqabul və Şirvan şəhər mərkəzlərinə servis xidməti fəaliyyət göstərir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.