Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amet Services MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir . Nəqliyyat ilə təmin edilir.
İş yeri: Bakı şəh., Qaradağ rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 12-ci km.
İş rejimi və vaxtı: 5 günlük 8:30-17:00
Əmək haqqı : 900-1200 AZN
İş haqqında:
- Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların, ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
- Vergi, DSMF və statistik hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında gərəkli bilgilər;
- Yük Gömrük Bəyannamələri üzrə gələn malların maya dəyərinin hesablanması, mal alışları üçün xarici şirkətlərə edilən avans ödənişlərinə uyğun mallar ölkəyə daxil olduqdan sonra rəsmiləşdirilən YGB-lər üzrə müvafiq məlumatların banklara təqdim edilməsi;
- Xarici şirkətlərə olan borcların nəzarətdə saxlanılması və uçotunun təşkili;
- Debitor və kreditor borcların araşdırılması, üzləşmə aktlarının tərtib olunması və akt ilə uçot məlumatları arasında yaranan fərqlərin müvafiq qaydada düzəldilməsi;
- Əsas vəsaitlər, mal-material ehtiyatları üzrə uçotun aparılmasının təşkili;
- Hüquqi və fiziki şəslərə q-qaimələrin yazılması, izlənilməsi, daxil olan e-qaimələrin yoxlanılması və vaxtında təsdiq olunmasının təşkili, ölkədaxili, ölkəxarici və büdcə ödənişlərinin icra edilməsi;
- E-gov.az, e-taxes.gov.az, e-customs.gov.az portalları, BTP və EFP proqramlarında işləmək bacarıqları;
- Tender sənədlərinin hazırlanmasına dəstək olmaq;
- Müəssisə Rəhbərliyi və Baş mühasib tərəfindən verilmiş digər tapşırıqların vaxtında və düzgün formada icra olunmasını təmin etmək.
Tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü ali təhsil;
- Yaş həddi 25-35;
- F3 və ya İFRS üzrə sertifikat
- Müvafiq sahə üzrə 2-3 il, müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Excell bilikləri, Word və PowerPoint proqramlarında işləyə bilmək;
- Xarici dil bilikləri: Rus dili və ingilis dili yaxşı səviyyədə;
- Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Analitik düşünmək və yaradıcı təkliflər vermək.
Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Tibbi sığorta ilə təmin olunur.
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir.
Uyğun namizədlər mövzu bölümündə “Aparıcı mühasib” yazaraq CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...