Qısa məzmun
EUROSTAR Group İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil
- İnsan resursları sahəsində nəzəri biliklər
- Əmək qanunvericiliyi üzrə biliklər
- Rekrutment sahəsində biliklər
- Microsoft office programlarından sərbəst istifadə bacarığı
- İR sahəsində minimum 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi
- www.egov.az elektron hökümət portal ilə işləmə bacarığı;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Əmək kitabçalarının qeydiyyatını aparmaq
- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və vəzifə dəyişikliyi haqqında əmrlərin hazırlanmasını təşkil etmək
- Xəstəlik vərəqələrini doldurmaq və elektron sistemdə qeydiyyatını aparmaq
- Əmək haqqı kartlarının sifarişi və işçilərə təhvil verilməsini təşkil etmək
- Ezamiyyət əmrlərinin yazılması və sənədlərinin rəsmiləşdirilməsini həyata keçirmək
- İşçi heyəti üçün gündəlik işə davamiyyət cədvəllərini hazırlamaq
- Müəssisədə quraşdırılmış finger print aparatında işçilərin qeydiyyatını aparmaq və müntəzəm istifadəsinə nəzarət etmək
- Aylıq işədavamiyyət hesabatını tərtib etmək
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil edilməsi
- Müsahibələrin təşkil edilməsi
- Rəhbərlik tərəfindən tapşırılan digər işlərin icrası
İş şəraiti:
Əlavə məlumatlar:
- Əmək haqqı: 450 – 600 AZN
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
- Ünvan: Sahil metrosu yaxınlığı
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilərlər. CV-lərdə fotoşəkil olması mütləqdir.
Hər hansı sualınız olarsa, qeyd olunan nömrələrlə əlaqə saxlamaya bilərsiniz: 055 2138348/ 055 2138392
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...