Qısa məzmun
Dövlət Məşğulluq Agentliyi Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Strukturun adı: Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı / Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi
Vakant vəzifə: Müxtəlif vakant vəzifələr üzrə
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- Məşğulluq tədbirləri və ictimai işlərin təşkilinə dair planı əsas götürərək şöbənin işinin təşkil edilməsində iştirak etmək;
- Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları), habelə onların struktur bölmələri ilə əməkdaşlıq etmək, məlumatlar almaq, təkliflərin işlənib hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
- Özünüməşğulluq və haqqı ödənilən ictimai işlərin təşkili üzrə müəyən olunmuş kvotaya uyğun olaraq işsiz və işaxtaran şəxslərin bu istiqamətlər üzrə cəlb olunması vəziyyətini təhlil etmək;
- Həyata keçirilən monitorinqin nəticələrini təhlil etmək, regional qurumların aylıq, rüblük və illik hesabat məlumatları ilə üzləşdirilməsini təşkil etmək;
- Uyğunsuzluq aşkar edildiyi halda müvafiq sənədlərin tərtib edilməsində iştirak etmək;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə təhlillər və ümumiləşdirmələr aparmaq.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (Maliyyə, İdarəetmə, İqsadiyyat və ya oxşar sahələr);
- İş stajı: Oxşar sahədə ən az 2 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dilləri (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Qərar vermə;
- İnkişaf yönümlü və innovativlik;
- Təşəbbüskarlıq;
- Nəticəyönümlülük;
- Təhlil və analiz etmə bacarığı.
Göstərilən tələblərə cavab verən əməkdaşlardan CV-lərini mövzu hissəsinə “Risklərin qiymətləndirilməsi və təhlil şöbəsi” qeyd etməklə ünvanına göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...