Qısa məzmun
Debet Safety İnsan resursları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. AR Əmək qanunvericiliyinin əsaslarını bilməlidir.
Namizədə aid tələblər:
- Ali təhsil
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli
- İnsan Resursları sahəsində minimum 3-5 illik iş təcrübəsi
- Azərbaycan və rus dilini səlis bilməli
- 1C proqramını bilənlərə üstünlük veriləcək
Əmək funksiyası:
- Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
- Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işləmək
- Aylıq işədavamiyyət hesabatını tərtib etmək
- İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil etmək
- İşə Qəbul müsahibələri / ilkin görüşləri keçirmək və dəyərləndirmək
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Təminatlar:
- Nahar və servis şirkət tərəfindən verilir
- Korporativ nömrə ilə təmin edilmə
- İş qrafiki 08:00-dan 17:00-a dək (həftə içi 5 gün)
- Şənbə və bazar istirahət.