Qısa məzmun
AzRe Reinsurance Company Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 20-35;
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus(orta) dillərində yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Daxil olan-çıxan sənədlərin qeydiyyatı və arxivləşdirilməsi.
- Telefon zənglərinin qəbulu.
- Ziyarətçilərin qəbulu – qonaqlarına su, çay, kofe verilməsi. Ofisdə səhər çay hazırlanması.
- Dəftərxana mallarının, katricləri və qida məhsullarının vaxtında sifarişi, alınan malların göndərilən sifarişlə üzləşdirilməsi.
- Poçt, kuryer və sürücü ilə məktubların/paketlərin göndərilməsi. Alanların rekvizitlərinin çap edilməsi.
- Rəhbərinin həvalə etdiyi digər vəzifələri həyata keçirilməsi.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
Əmək haqqı: 500-600 AZN (müsahibə əsnasında);
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (ofis menecer) tam yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sea Breeze Construction İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...