Material uçotu üzrə mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Cronos MTK Material uçotu üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Mühasibatlıq / Maliyyə / İqtisadiyyat sahəsində universitet təhsili olmalı;
  • Minimum 3 il material uçotu üzrə iş təcrübəsi olmalı;
  • Vergi məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Müəssisədə anbar uçotunun forma və metodlarını, daxilolmalar və anbarlar arası müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, material hərəkəti barədə dövriyyə cədvəlləri hazırlamağı bilməli;
  • 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.

Vəzifələr:

  • Materialların uçotunu aparmaq;
  • Əsas vəsaitlərin, avadanlıq və alətlərin uçotunu aparmaq;
  • Alış qaimələrini proqrama işləmək;
  • Anbar hərəkətlərini proqrama işləmək;
  • Anbarlararası yerdəyişmələri proqrama işləmək;
  • Material istifadələrini və silinmələri proqrama işləmək;
  • Anbar qalıqlarını aylıq inventarisiya etmək, dəftərlər və proqram məlumatları ilə üzləşdirilmək;
  • Əsas vəsaitlərin, avadanlıq və alətlərin mütəmadi inventarsizasiyasını aparmaq;
  • Material alışı üzrə tələbnamələri proqrama işləmək, sifariş olunmuş materialın anbar qalıqlarında varlığını yoxlamaq və təchizat şöbəsinə məlumat vermək;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 10:00 – 16:00);
  • Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını email adresinə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı