Qısa məzmun
Azerconnect MMC Receptionist vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/318/?utm_medium=jobshare
Funksiya:Ümumi İnzibati
İş qrafiki: standart
Son müraciət tarixi: 06/06/ 2022
Qəbul üzrə nümayəndə olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Ziyarətçiləri nəzakətli və düzgün şəkildə qarşılamaq, qeydiyyata almaq və müvafiq olaraq yönləndirmək
- İşçilər üçün iclas otaqları ayırmaq
- Gələn telefon zənglərinə cavab vermək, yönləndirmək və lazım olduqda qeydlər aparmaq
- Müştəri şikayətlərini lazım olduqda müvafiq şöbələrə yönləndirmək
- Faks və elektron poçt yazışmalarını idarə etmək
- Podratçıları giriş icazələri ilə təmin etmək və onların statusuna nəzarət etmək
- Daxil olan məktub və sənədləri qəbul etmək və onların müvafiq olaraq paylanmasını koordinasiya etmək
- Müvafiq hesabatları hazırlamaq və tələb olunduqda digər inzibati vəzifələri yerinə yetirmək
Vəzifənin tələbləri:
- Ali təhsil
- Qəbul üzrə nümayəndə, müştəri xidmətləri və ya bənzər vəzifələrdə 1-2 il iş təcrübəsi
- Azərbaycan, Rus və ingilis dillərini səlis bilmək
- MS Ofis proqramlarını yaxşı bilmək
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
- Müştəri yönümlü
- Ünsiyyətcil, nəzakətli, səbirli və dəstəkləyici
- Bir neçə tapşırığı eyni anda idarə edə bilmək və təzyiq altında işləyə bilmək
- Zamandan səmərəli istifadə edə bilmək
- Tapşırıqları prioritetləşdirə bilmək
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiEmbafinans, ...