Baytar həkim
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xaçmaz Aqropark Baytar həkim vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı olmalıdır.

Əmək funksiyaları:

  • Bütün müalicə profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
  • Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
  • Buzovların müayinə və müalicə işini aparır;
  • Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
  • Tələf olunan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürür və məhv edilməsinə nəzarət edir,
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
  • Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir;

Tələblər:

  • Baytarlıq sahəsi üzrə ali təhsil
  • İş təcrübəsi 2 il
  • Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
  • Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.

İş qrafiki: 08:00-20:00 ( iki növbəli)

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Baytar həkim” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı