Qısa məzmun
Pasha Bank şirkəti Büdcələmə və Planlaşdırma şöbəsinin Kiçik Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- İllik Büdcə Planlama prosesinin effektiv şəkildə icrasında iştirak;
- Departament və şöbələrə büdcə hazırlanmasında dəstək;
- Xərc amillərinə gündəlik nəzarət;
- Aylıq plan-fakt hesabatının hazırlanması və fərqlərin təhlili;
- Verilənlərin və məlumatların keyfiyyətinə nəzarət;
- Təşkilat fəaliyyətinin idarəedilməsi üçün məlumatın düzgün və vaxtında yönləndirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Mühasibatlıq, Maliyyə və ya müvafiq sahə üzrə minimum 1 il
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Lisenziya/Sertifikat: ACCA və ya ekvivalent sertifikat
Digər:
- Yerli Maliyyə Hesabatlıq Standartlar anlayışı
- Beynəlxalq Maliyyə Hesabatlıq Standartlar anlayışı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 31.05.2022-ci il tarixinədək başlıqda “Büdcələmə və Planlaşdırma şöbəsinin Kiçik Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...