1C Operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zeta Group 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Brendlər üzrə gələn hesab-fakturaların sistemə işlənməsi və qeydiyyatı
  • Sistemə işlənilən hesab-fakturaların excel formatında mühasibatlıq şöbəsinə göndərilməsi
  • Mağazalara təyin edilmiş yeni işçilərə sistemdə uyğun giriş imkanların verilməsi və işdən ayrılan işçilərin adlarının çıxarılması.
  • Sistem üzərindən brendlərə gedən sənədlərdə məlumatların düzgünlüyünü yoxlanması və problem yaranarsa aradan qaldırılması
  • İlkin və təkrar malların dövriyəsi barədə sənədlərdəki məlumatların düzəldilməsi
  • Yekun qiymət dəyişikliyi olan malların siyahısının müvafiq brendlərə yönləndirilməsi
  • Mütəmadi olaraq anbar qalıqlarının uzlaşdırılması və sorğuları araşdırıb həll edilməsi.
  • Vaxtaşırı təyin edilmiş endirimlərin sistemə işlənməsi və vaxtının uzadılması
  • İnventarizasiyanın nəticələrini yoxlanılması və sistemə işlənməsi.

Namizədə tələblər:

  • Müvafiq sahədə 1 il iş təcrübəsi
  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan, Rus və İnglis dili arzuolunandır
  • Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi
  • Etibarlı istifadəsi: Microsoft Excel, Word
  • Əzmkarlıq, stresə davamlı və komandada işləmə bacarığı
  • Problemləri həll etmə bacarığı və dəqiqlik
  • Tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı

İş şərtləri:

  • 5 günlük iş həftəsi
  • İş saatı 9:00 –dan 18:00 -dək
  • İstirahət: Şənbə və bazar günləri
  • Əmək haqqı 550 – 600 AZN
  • Namizədin biliyinə və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək.

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı