Qısa məzmun
Başak Group şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının tərtib edilməsi,
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi,
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir,
- Aylıq və rüblük hesabatların tərtib edilməsi,
- Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi,
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması,
- Balans, avans hesabatının aparılmasını təmin etmək,
- Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması,
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı,
- Tender sənədlərinin hazırlanması.
- Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi
- Bank hesablarının açılması və bank hesabı vasitəsilə köçürülmələrin aparılması
- İşçilərin işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, xəstəlik, ezamiyyə və digər müvafiq əmrlərin sənədləşdirilməsi
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Təcrübəli şəxslərə üstünlük veriləcəkdir),
- Göstərilən sahə üzrə ən az 5 il mühasibatlıq sahəsində iş təcrübəsi,
- Məsuliyyətli və işində dəqiqlik,
- Komandada işləmək bacarığı,
- MS Office və 1C 8.2/8.3 proqramlarında işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli,
- Gömrük işlərindən anlayışı olmalı,
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli,
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edə bilməli,
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00.
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 1.500-2.000 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş mühasib” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...