Qısa məzmun
Azersun Büdcə Planlama üzrə Mütəxəssis (Al Marketlər) vəzifəsi üzrə vakansiya elan edir. MS Excel proqramını yaxşı səviyyədə bilməlidir.
Əsas tələblər:
- Maliyyə/mühasibatlıq təhsili olmalı;
- MUBS təcrübəsi/bilməsi arzu olunandır;
- Mövcud sahədə ən azı 3 illik təcrübəyə malik olmalıdır;
- ERP təcrübəsi SAP arzu olunandır;
- BPC proqramında işləmək təcrübəsi üstünlükdür.
Vəzifə təlimatı:
- Gündəlik satış fəaliyyət hesabatlarının Pwbi sistemində yenilənməsini təmin etmək;
- Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
- Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
- Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
- BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
- BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
- Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test etmək;
- Rəhbərliyin tapşırıqlarına və büdcə şöbəsinə tapşırılmış işlərdə iştirak etmək köməklik göstərmək.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya https://hr.azersun.com/ ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər – Büdcə Planlama üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...