Təchizat və inzibati işlər üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzerBlast MMC Təchizat və inzibati işlər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirmək;
  • Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək, alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
  • Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;
  • Cəmiyyətin büdcəsində nəzərdə tutulan xərc maddələri üzrə şöbə tərəfindən aparılan qiymətləndirmə nəticələrinə nəzarət etmək;
  • Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
  • Təchizat üzrə iş planını təsdiq etmək və fəaliyyəti ilə bağlı hesabatları rəhbərliyə təqdim etmək;
  • Cəmiyyətin satınalma planına uyğun olaraq, satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • Tenderlərin hazırlanması mərhələsində potensial təchizatçıları izləmək və tender mərhələsində zəruri məxfiliyə zəmanət vermək;
  • Daxili və tənzimləyici siyasətlərə uyğunluğu təmin etmək üçün müntəzəm olaraq satınalma siyasətlərinin və təhlillərinin həyata keçirilməsinə və saxlanmasına kömək etmək;
  • Xərcləri azaltmaq və effektivliyi artırmaq üçün əsas funksional göstəriciləri izləmək və rəhbərliyə hesabat vermək;
  • Cəmiyyətin spesifikasiyalarının və gözləntilərinin aydınlığını təmin etmək üçün əsas şəxslərlə əməkdaşlıq etmək və potensial təchizatçıların müəyyən edilmiş tələblərə cavab verib-vermədiyini müəyyən etmək üçün araşdırmaq;
  • Təchizat İdarəetmə Strategiyalarının həyata keçirilməsini və uyğunluğunu təmin etmək və ümumi standartlara, prosedurlara və proseslərə əməl olunmasını və ən yaxşı təcrübələrdən istifadə edilməsii təmin etmək;
  • Əsas satış layihələrində satınalmaların erkən cəlb edilməsində iştirak etmək, layihə təkliflərini dəstəkləmək, tender strategiyalarını həyata keçirmək və əsas layihələr üçün subpodratçı resurslarının təminatı həllərinin həyata keçirilməsinə və əldə edilməsinə kömək etmək;

Namizədə qarşı tələblər:

  • Bazar meyarları ilə tanış olmaq, rəqabətin vəziyyətini və trendini təhlil etmək, əsas beynəlxalq və yerli qanun və qaydaları bilmək;
  • Satınalma sorğularına nəzarət etmək, yoxlamaq və hesabatları hazırlamaq;
  • Bazarın təhlil etmək, tələb olunan materialların daxili və xarici bazarda araşdırmaq, təchizatçı bazasını hazırlamaq və təhlil etmək;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilə şərtlərini müəyyən etmək, müqavilələrin həyata keçirilməsini nəzarətdə saxlamaq;
  • Cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli;
  • Çox tapşırıq rejimi və məhdud vaxt çərçivəsində işləmək, məsuliyyət və analitik düşüncə bacarığı;
  • Cəmiyyətin kommersiya və digər sirləri gizli saxlanılmalı;
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq;
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
  • Ölkədaxili təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı;

Bilməli olduğu qayda və təlimatlar:

  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkilini və aparılmasını;
  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Satınalmalar üzrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini o cümlədən Dövlət Satınalmaları haqqında Qanunu;
  • Dil bilikləri: Ingilis, Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə bilməli;
  • MS Office proqramlarını;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları olmalı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları olmalı;
  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;

Oxşar vakansiya siyahısı:

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı

SMETA üzrə mühəndis

FİBERSTONE MMC SMETA üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

FİBERSTONE MMC

03.10.2024 - Bakı