Qısa məzmun
Alco MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (bakalavr);
- İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartlarının şərtlərini bilmək, bu sahədə təlim almış olmaq və sertifikatların olması arzuolunandır;
- Müvafiq sahə üzrə iş stajına malik olmaq;
- İşçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilmək;
- Araşdırma və analizetmə bacarığının mövcudluğu;
- MS Office (Word, Excel) proqramlarının istifadəsini bacarmaq;
- Azərbaycan, Rus və ya İnglis dillərini sərbəst bilmək.
Vəzifə funksiyaları:
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi;
- Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması;
- Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Şirkətdaxili intizam qaydalarına əməl edilməsi.
İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
Nahar şirkət tərəfindən təmin olunur.
Növbəli iş rejimi.
CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.