Qısa məzmun
Akabe İnşaat İstehsal sahəsi üzrə maliyyəçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarının icrası, görülmüş işlərin və xidmətlərin uçotunun aparılması;
- Mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
- Daxili təsərrüfat ehtiyatlarına nəzarət. İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi.
- ERP İstehsalat proqramında işləmə bacarığı;
- Hazır məhsulun maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Faktiki istehsal olunmuş hazır məhsulun maya dəyərinin smetada nəzərdə tutulmuş maya dəyəri ilə müqayisə olunması;
- İstehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
- Məxfilik prinsiplərini pozmamaq.
Tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- İstehsal sahəsində 5 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu üzrə mükəmməl biliklərə sahib olmalı;
- MS Excel üzrə biliklərə sahib olmalı;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: müsahibə əsasında təyin olunur.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İstehsal sahəsi üzrə Maliyyəçi” qeyd edərək email ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...