Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC şirkəti Xəzinədarlıq üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə keçid edin: https://hr.mktcotton.com/az/job/xezinedarliq+uzre+muhasib?sources=Jobsearch.az
Vəzifə öhdəlikləri:
- Bank hesab qalıqlarının gündəlik üzləşdirilərək əməliyyat sistemində daxil edilməsi və yoxlanılması;
- Cari bank ödəmələrinin həyata keçirilməsi;
- Xarici valyutada ödəmələrin əməliyyatın xarakterinə uyğun həyata keçirilməsi;
- Avans valyuta ödənişlərinin gömrük bəyənnamələri əsasında yoxlanılaraq banka təqdim edilməsi və onların Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
- Konsiqnasiya yolu ilə ixrac olunmuş malların daxilolmalarının banka təqdim edilərək Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
- Şirkət üzrə nağd vəsait qalıqlarının nəzarətdə saxlanılaraq bank hesabına köçürülməsinin təmin olunması;
- Bank kartları, o cümlədən təhtəl hesab kartlarla əməliyyatlara, limitlərə nəzarət və uçotun təşkil olunması;
- Banklardan alınmış kreditlər və yerləşdirilmiş depozitlərin faizlərinin hesablanılaraq bankla üzləşdirilməsi və əməliyyat sistemində əks olunması;
- Bank komissiyalarının müqavilələrlə eyniliyinin yoxlanılması və əməliyyat sistemində əks etdirilməsi;
- Əməliyyat olduğu günlərdə mərkəzi kassanın sayımı, elektron kassa kitabının tərtibi və aktlaşdırılması;
- Nağd resurslar və onlara bərabər sayılan ekvivalentləri ilə bağlı gündəlik və dövri hesabatların hazırlanması.
Tələblər:
- Maliyyə, mühasibat uçotu üzrə ali təhsil;
- 2 il bank və mühasibat sahəsində təcrübə;
- Nağd resursların idarə olunması sahəsində sertifikatların olması arzuolunandır;
- Azərbaycan dilini şifahi və yazılı əla səviyyədə bilmək;
- MS Office, 1C (8/3) işləmək bacarığı;
- Mühasibatlıq və maliyyə idarəetməsi sahəsində biliklər;
- Vergi qanunvericiliyi sahəsində işi ilə bağlı biliklər;
- Valyuta rejimi və ölkədən kənara və daxilə valyuta hərəkətləri ilə bağlı qanunvericiliyi bilmək;
- Vergi, Gömrük portalları işləməyi bacaqmaq;
- Ödəmələrlə bağlı sənədlərin hazırlanması sahəsində səriştə;
- Kassa əməliyyatlarının aparılması qaydalarını bilmək.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...