Baş mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sienmar Engineering şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki:

Bazar ertəsi – Cümə: 08:00-dan 17:00-dək

İstirahət günü: Şənbə,Bazar;

Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq.

İşiniz nədən ibarətdir?

  • Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
  • İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – vergi hesabatlarının(Mənfəət, Gəlir, Sadələşdirilimiş, Əmlak, ƏDV, ÖMV) tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində göndərilməsini həyata keçirmək, vergi orqanları ilə yazışmalar;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • e-gov.az(işə qəbul, xitam və s.), e-taxes.gov.az(e-qaimə fakturaların tərtib olunması, əvəzləşmə və s.) və digər portallardan istifadə etmək bacarığı;
  • Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Əmək haqqının hesablanması;
  • Bank və kassa əməliyyatları;
  • Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
  • Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Qanunvericiliyə uyğun Kadr uçotunun qurulması və idarə olunması;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.

Sizdən nə tələb olunur?

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
  • Təhsil: Ali iqtisadi təhsil;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
  • ACCA üzrə biliklərin olması arzu olunandır.

Şəxsi keyfiyyətlər: Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/problemi həll etmə bacarığı.

Proqram bilikləri: MS Office, BTP, 1C 8.3

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Baş mühasib” adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı