Qısa məzmun
Sinteks Group of Companies şirkəti Müştəri Əlaqələri Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətlərinin təmin edilməsidir.
Vəzifə öhdəlikləri:
- Mağazalara Loyallıq Sisteminin tətbiqinə nəzarət edir, mağaza və müştərilər tərəfindən daxil olan sorğuları cavablandırır
- Xarici və Daxili Müştərilərdən daxil olan müraciətləri, şikayətləri və sorğuları qəbul edir, qiymətləndirir və həll edir, hesabatlar təqdim edir
- Müştəri Xidmətləri Menecerinə şöbənin təkmilləşdirilməsi ilə əlaqəli gündəlik işlərdə iştirak edir
- CRM qaydalarına uyğunluq ilə bağlı mağaza heyətinə nəzarət edir, kənarlaşmalara dair hesabat hazırlayır
Əsas tələblər:
Təhsil:
- Ali təhsil
- CRM, Marketinq, Müştəri analizləri üzrə müvafiq sertifikatlar arzuolunandır
Təcrübə:
- Müştəri xidmətləri və ya əlaqə mərkəzinin əməliyyatları üzrə ən azı 2 il təcrübə və ya ixtisas artırma
Professional biliklər:
- Müştəri Əlaqələrinin idarə edilməsi
- Müştəri xidmətlərinə dair prinsip və təcrübələr üzrə biliklər
- Səlis Rus və üst-orta səviyyədə İngilis dili bilikləri
- MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
- Biznes kommunikasiyası
- Problemlərin həlli
- Analitik bacarıqlar
- Məsuliyyət
- Nəticə yönümlülük
- Stressli situasiyaların idarə edilməsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...