Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır.

Müraciət üçün linkə daxil olun: https://qlor.me/l2io2byb

Təsvir

  • Məhkəmələrlə işin təşkili və icra edilməsi;
  • Hüquq-mühafizə orqanları ilə işin təşkili və icra edilməsi, inzibati xəta və cinayət xarakterli araşdırmaların nəzarətdə saxlanılması və mütəmadi olaraq təqib edilməsi;
  • İnzibati orqanlarla işin təşkil və icra edilməsi;
  • İnzibati orqanlardan daxil olan sorğuların, vəkil sorğularının, informasiya sorğularının, vətəndaş müraciətlərinin araşdırılması və vaxtında cavablandırılması;
  • Müəssisənin zərər gördüyü inzibati xətalar və cinayət işlərində müəssisənin təmsil edilməsi, hüquqlarının müdafiə edilməsi;
  • Zərurət olduqda vətəndaşların qəbulunun həyata keçirilməsi;
  • Bəzi kateqoriya əqdlərin hazırlanması, belə əqdlərə hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair hüquqi rəylərin hazırlanması, müxtəlif arayış və sənədlərə hüquqi rəy verilməsi;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazrılanması, həmin orqanlarda müəssisənin öz səlahiyyətləri çərçivəsində təmsil edilməsi;
  • İşçilərdən izahatların alınması, daxili audit araşdırmasına hüquqi dəstəyin verilməsi;
  • Rəhbərinin qanuni göstərişlərinin icra edilməsi, fəaliyyəti ilə bağlı tabeliyində olduğu rəhbərinə mütəmadi olaraq hesabatların verilməsi.

Tələblər

  • Ali hüquq təhsili;
  • Minimum 3 il iş təcrübəsi;
  • Hüquq-mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
  • Məhkəmə təcrübəsi;
  • Vətəndaşlarla işləmək bacarığı və təcrübəsi;
  • İnzibati və cinayət hüquq sahələrində dərin biliklər;
  • Mülki hüquq sahəsində biliklər arzu olunandır;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Məsuliyyətlilik, aktivlik və çeviklik;
  • Hüquqi araşdırma qabiliyyəti.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • Iş saatı: 09:00-18:00.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı