Qısa məzmun
BERC Group MMC şirkəti Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- SMM postları üçün qrafik və motion (hərəkət) dizaynların hazırlanması;
- Şirkət saytı və sosial şəbəkə səhifələrində dizayn işlərini hazırlamaq;
- Veb layihələr üçün dizaynın hazırlanması;
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Photoshop, Illustrator, İnDesign, After Effects, Corel Draw, Adobe Photoshop və Adobe İllustrator proqramlarını bilmək (motion (hərəkət) postları edəcək səviyyədə) proqramlarında işləmək;
- Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalı;
- Dizayn trendlərindən xəbərdar olmaq;
- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
- Rəng texnologiyalarını bilməli ;
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “qrafik dizayner” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Oxşar vakansiya siyahısı:
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...